Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Noyabr

2017
09:30
687
Məktəb direktorunun şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, A.Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. İttiham aktına əsasən o, attestat düzəltmək adı ilə dələduzluq edərək zərərçəkmişə ziyan vurub.

A.Salahov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə A.Salahov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A.Salahov məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.(Report)

Məqalədə : məhkəmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru