Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Noyabr

2017
16:34
2051
`Ərbəin - İkinci Aşura` adlı tədbir keçirilib - FOTOLAR

"Beynəlxalq Mətbuat Mərkəzində" "Əsgər analarına dəstək" İctimai Birliyinin təşəbbüsü ilə "Ərbəin - İkinci Aşura" adlı tədbir keçirilib.

Tədbir "Əl-Fəcr" surəsinin tilavəti ilə başlandı. İlk söz alan "Əsgər analarına dəstək" İctimai Birliyin sədri Növrəstə İbrahimova "Ərbəin - İkinci Aşura" tədbirini şəfa və oyanışa səbəb olacağına inandığını bildirdi: 

"Kərbəlaya 1400 il əvvəl baş verimiş tarixi hadisə kimi baxmaq olmaz, dünya durduqca torpaq, vətənsevərlər bu möhtəşəm hadisədən ilham alacaq. Qarabağda canından keçən şəhidlərimizin hər biri İmam Hüseyn(ə) surətli qəhramanlardır.  Aprel döyüşlərində şəhid olan əsgərlərimizin mənəviyyatı məscidlərdən, minbərlərdən qidalanmışdır. Övladlarınızın başına "Ya Hüseyn" "Ləbbeykə Ya Hüseyn" sarğılarını bağlayıb, bu müqəddəs dəyəriləri onlara kiçik yaşlarından təbliğ edin. Qız övladlarınıza xanım Zeynəbi (s.a) tanıdın, bu xanımın isməti və iffəti Azərbaycan qadını üçün ən böyük örnəkdir. Tanınmış siyasətçi Tomas Kraysler İmam Hüseyn(ə) hərakatını, 72 nəfərin 300 minlik ordu qarşısında qələbə qazanmasını yalnız böyük iman və ixlasla əldə edildiyini xüsusi qeyd etmişdir. Bizimdə gələcək qalibiyyətlərimiz yalnız Allaha olan iman və İmam Hüseyn(ə) aldığımız dərs nəticəsində mümkündür."

Daha sonra söz alan 20 Yanvar hadisəlәri zamanı şəhid olmuş general Məhəmməd Əsədovun xanımı Mələykə Əsədova təşkil edilmiş tədbirdə iştirak edən xanımların təkcə namaz qılmaqla kifayətlənməyərək ölkənin ictimai həyatında yaxından iştirak etdiklərinə görə xüsusi məmnunluğunu ifadə etdi. Şəhidin yoldaşı 1400 il bundan öncə olan hadisəni unutmayan xalqımızın öz qəhrəmanlarını da unutmayacağını və daima onların xatirələrini uca tutacağına inandığını vurğuladı.

Tədbir digər natiqlərin çıxışları ilə davam etdirildi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
557

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
766

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1487

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
167

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1758

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
796

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
227

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
193

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
234

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 01:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru