Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2017
12:25
7526
Putinin ideoloqu `Ərbəin` yürüşünə qatıldı - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Kremlin hazırkı siyasətinin ideoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin "Ərbəin" yürüşündə iştirak etmək üçün İraqa səfər edib. Müxtəlif ölkələrdən olan mədəniyyət nümayəndələri və bir sıra mətbuat işçiləri ilə birgə Nəcəf şəhərinə gələn rusiyalı strateq müsəlmanların böyük izdihamla qeyd etdiyi yürüşdə şəxsən iştirak edəcəyini bildirib. 

İraqa gələrkən yerli mətbuata açıqlama verən Aleksandr Duqin qeyd edib ki, dünyanın mənəvi və ilahi inqilaba ehtiyacı var: "Mən uzun illərdir ki, bu önəmli yürüşlə bağlı məlumatlar alıram. Çox istəyirdim ki, özüm şəxsən bu yürüşdə iştirak edim. Bəzi türk dostlarım da var idi ki, onlar da bu mərasimə qatılmaq istəyirdilər. Ona görə də biz Ərbəin yürüşündə iştirak etmək qərarına gəldik. Fikrimcə, getdikcə beynəlxalq səciyyə alan və bütün millətlər, dinlərdən, o cümlədən xristianlardan iştirak edən bu yürüş qlobal dəyişikliyin müqəddiməsidir. Mən dəfələrlə demişəm ki, modern dünya liberal və kapitalimz ideologiyası ilə sonuna doğru yaxınlaşır. Həmçinin dünyada bəşəriyyət üçün böhran yaratmaqdan başqa faydası olmayıb. Dünyanın mənəvi və ilahi inqilaba ehtiyacı var. Necə ki, İranda İslam İnqilabı baş verib. Biz provosloav xristianlar olaraq belə bir mənəvi dirçəlişin ardıncayıq".

Qeyd edək ki, Ərbəin yürüşü - müsəlmanların üçüncü imamı sayılan Həzrəti Hüseynin (ə) şəhid olmasının qırxıncı günü keçirilən genişmiqyaslı tədbirdir. İmam Hüseynin (ə) şəhid olmasının qırxıncı günü ilə əlaqədar milyonlarla insan Nəcəf şəhərindən Kərbəlaya piyada gedərək bu yürüşdə iştirak edirlər. Bu yürüşdə təkcə Əhli-Beyt (ə) davamçıları deyil, həm də digər məzhəbdən olan müsəlmanlar, eyni zamanda xristianlar da iştirak edirlər.

Məqalədə : Ərbəin yürüşü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
537

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
757

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1474

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
155

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1747

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
784

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
214

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
183

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
221

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
189
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 00:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru