Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Noyabr

2017
10:37
639
Neftin qiyməti 64 dolları ötüb

Dünya birjalarında neft ucuzlaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 57,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,11% artaraq 64,20 dollar olub.

Beləliklə, neftin qiyməti 2015-ci ildən etibarən ən yüksək həddə çatdıqdan sonra cüzi neqativ dinamika nümayiş etdirir. Ötən gün Brent markalı neftin qiyməti 2015-ci ilin yayından etibarən ilk dəfə 64 dollar, WTI markalı neft isə 57 dollar həddini aşıb. Treyderlər neftin kəskin bahalaşmasını Səudiyyə Ərəbistanında kral ailəsinin bəzi üzvlərinin həbs olunması ilə əlaqələndirir.

"ASR Wealth Advisers" şirkətinin analitiki Şeyn Çenel (Shane Chanel) "Reuters" agentliyinə açıqlamasında bildirib ki, ilin sonunadək WTI markalı neftin qiyməti 60 dolları, Brent markalı neftin qiyməti isə 70 dolları ötəcək.

Hazırda neftin cüzi ucuzlaşması korreksiya ilə bağlıdır.(apa)

Məqalədə : Neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru