Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2017
21:41
1349
Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisasların təqdimatı olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) yeni yaradılmış ixtisasların və yenidənqurma işlərinin təqdimatı keçirilib.

Təqdimata baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər qatılıblar.

Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, bu ilin sentyabrından ADBTİA-da “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisasları yaradılıb və tədrisinə başlanılıb.

Rektor qeyd edib ki, hər 3 ixtisas üzrə magistrlərə gələcəkdə müvafiq olaraq “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisası üzrə Böyük Britaniyanın Şeffild Hallam universitetində və “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə Böyük Britaniyanın UCL universitetində əsas modulların birinin tədrisinin həyata keçirilməsi nəzərdə tutulub.

F. Hacıyev onu da bildirib ki, 3 yeni ingilisdilli modul tipli magistr ixtisası ilə yanaşı, 2017-ci ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq “İdman menecmenti və kommunikasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları yaradılıb.

Təqdimat zamanı qonaqlara ADBTİA-da yaradılan şərait və yeni infrastruktur haqqında ətraflı məlumat verilib.

Akademiyada “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyası və “İdman jurnalistikası” ixtisası üzrə multimedia studiyası və yeni akt zalı yaradılıb.

İdman gimnastikası və ağır atletika zalları əsaslı şəkildə yenidən qurulub, idman avadanlıqları ilə təmin edilib. Basketbol və həndbol idman zallarının təmirinə başlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com