Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2017
11:25
1641
Səudiyyə Ərəbistanı İranı təhdid etdi

FaktXəbər-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, Yəməndən ballistik raket atılandan sonra  "Lazım olan vaxtda və qaydada" cavab verəcəyik açıqlaması verərək, İranı təhdid edib.

Bu raket, Yəmən ordusunun müttəfiqləri və qəbilə döyüşçüləri ilə birlikdə Husi - Ənsarullah hərəkatı tərəfindən atılıb. Riyad və onun müttəfiqləri Husiləri İrandan maliyyə və silah dəstəyi almaqda ittiham edir.

İran İslam Respublikası isə bu ittihamları rədd edir, amma Səudiyyə işğalına qarşı Yəməni müdafiə edir. 

Qeyd edək ki, Səudiyyənin liderlik etdiyi koalisiya, bazar günü verdiyi açıqlamada, Husilərin İranın birbaşa əmri altında olduğunu iddia etmişdi.

Xatırladaq ki, Yəməndə Husilərin Səudiyyə Ərəbistanına ballistik raket hücumu edilmiş və raketlər ABŞ istehsalı raket müdafiə sistemi "Patriot"larla zərərsizləşdirilib. Həmin görüntüləri təqdim edirik.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 20:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com