Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Noyabr

2017
10:59
624
İpoteka faizləri aşağı düşəcək - İqtisadçı ekspertdən XƏBƏRDARLIQ

Faktxeber.com məlumat verir ki, iqtisadçı- ekspert Vüqar Bayramov ölkə banklarının ipoteka kreditinin faizini aşağı salacağı haqda xəbrdarlıq edib. Tanınmış iqtisadçının hesablamalarılna əsasən, ipoteka kreditənə azalan marağın nəticəsisində banklar faiz dərəcəsini 6 faizə qədər endirəcək.

Ekspertin yazısını oxucularımıza təqdim edirik:

Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb. Bunun əsas səbəbi son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasıdır. Praktik olaraq, bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərməkdədir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu. Güman olunur ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər. Bu isə o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, faiz 6 faizə düşəcəyi halda isə 480 manat olur. 

Qeyd edək ki, aid ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salnması imkanları var.

Məqalədə : vÜQAR bAYRAMOV 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru