Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Noyabr

2017
16:30
1419
Göyçayda 12-ci Nar bayramı - FOTOLAR

Göyçay rayonunda 12-cİ dəfə Nar festivalı keçirilib.

Festivalda 15 000 dən çox insan iştirak edib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,  kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edib.

Festival iştirakçıların diqqətinə çatdırılıb ki, bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə 47 min tona yaxın nar yığılacaq ki, bu da keçən ildəkinə nisbətən 2 min ton çoxdur. Qeyd olunub ki, Göyçay yeganə rayondur ki, burada narın 67 sortu yetişir. 

Bayram tədbiri zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib.

Festival konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.

Məqalədə : nAR BAYRAMI 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru