Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Oktyabr

2017
21:36
606
Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ölkə ictimaiyyətinə bildirir ki, 6 noyabr tarixində 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start veriləcək. Satışa başlandıqdan sonra ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yeni mövsümdə yerli tamaşaçılar üçün xüsusi endirimlərin olacağını bildirib:

"Hər ötən il bir əvvəlki ilə müqayisədə daha çox yerli azarkeşin bilet alaraq yarışın bütün sessiyalarında və həmçinin yarışdan kənarda onlar üçün hazırladığımız əyləncə proqramlarında, xüsusən də dünya ulduzlarının iştirakı ilə baş tutan möhtəşəm konsertlərdə böyük coşğu ilə iştirak etməsi bizi çox sevindirir. Biz bu il yarışa daha çox yerli tamaşaçı cəlb etmək üçün müxtəlif endirimlər təklif edəcəyik. Bununla bağlı ilk satış kampaniyamız noyabrın 6-da başlayacaq və həmin gün biz ölkə ictimaiyyətinə yarış həvəskarları üçün təklif olunan xüsusi endirimlərin detallarını açıqlayacağıq. İnanırıq ki, builki yarışda rekord göstəricidə tamaşaçı iştirakına nail olacağıq".

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisini izləmək istəyən tamaşaçılara trekin müxtəlif yerlərindən yarışı izləməyə imkan verən və ümumi tutumu 30 min yerlik olan tribuna və ayaqüstü zonalar təklif olunur. (Modern.az)

Məqalədə : Formula 1 bilet 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru