Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Oktyabr

2017
15:40
2160
Keçmiş MTN generalı Çovdarova verilən hökm ədalətlidirmi? - VƏKİLDƏN AÇIQLAMA

Dünən Sabunçu Rayon Məhkəməsi ləğv olunmuş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarova hökm oxuyub və onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib. 17 maddə üzrə təqsirli bilinməsinə baxmayaraq, Akif Çovdarova qarşı belə bir hökm cəmiyyətdə birmənalı qarşılanmayıb. FaktXeber.com məsələ ilə əlaqədar İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayevdən münasibət öyrənib.

Hüquqşünas bu məsələyə münasibət bildirərkən Akif Çovdarova kəsilən hökmün digərlərilə, xüsusən siyasi sayılan işlərlə müqayisədə çox fərqli olduğunu, burda yumşaq yanaşma hiss edildiyini dedi: «Elə maddələrin sayı, ağırlığı, vurulmuş zərər, hansı ki, azı 30 milyon manatlıq əmlak mənimsədiyi məlumdur, həmçinin vəzifə səlahiyytəindən sui-istifadə ağır cinayətlərdir.  Hesab edirəm ki, bununla belə onun  12 il azadlıqdan məhrum edilməsi digərlərlə müqayisədə yüngül yanaşmadır».

Əsabəli Mustafayev onu da vurğuladı ki, Çovdarovun fəaliyyətinə görə, təmsil olunduğu quruma həm ölkə daxilində, həm xaricində imicinə ləkə vuruldu və bağlanmasına səbəb oldu.

«Digər tərəfdən başqalarına münasibətdə, məsələn, bir neçə status yazmasına görə 10-11 il müddətinə azadlığını itirənlər, yaxud heç kimə zərər vurmayan, lap tutaq narkotik maddələrə görə həbs edilən gənclərin, zərçəkən olmadığı halda uzun müddətlik həbsi insanda yuxarıda sadalanan cinayətlərin müqabilində belə bir hökmün yumşaq olması qənaəti yaradır», - deyə Əsabəli Mustafayev sözlərini yekunlaşdırdı.

Xatırladaq ki, dünən Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarova hökm elan olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.

Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru