Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2017
11:43
2 nəfərin ölümündə ittiham edilən `Range Rover`in sürücüsü bəraət aldı

2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Əvvəlcə vəkillər müdafiə çıxışı ediblər. Onlar təqsirləndirilən şəxslərin hadisədə günahı olmadığından barələrində bəraət hökmünün çıxarılması istəyiblər.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmlə Qərib Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Əli Abdullayev barəsində ittiham öz təsdiqini tapmadığından ona bəraət verilib.

Qeyd edək ki, sözügedən yol nəqliyyat hadisədi ötən il Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.

Həmin avtomobildə olan digər şəxs Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib. Daha sonra ittiham tərəfi qənaetə gəlib ki, "VAZ-21015" markalı avtomobili məhz Qərib Eyvazlı idarə edib.

Hər iki şəxs istintaqa cəlb edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 263-cü(ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib.

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20047

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18652

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19568

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19716
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 15:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru