Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Oktyabr

2017
09:24
777
“WhatsApp” iOS sistemində qrup şəklində zənglər funksiyasını sınaqdan keçirir

"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir.

FaktXəbər-in məlumatına görə, bu barədə "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla "WABetaInfo" portalı məlumat yayıb.

Yeni xidmətin pullu və ya pulsuz olacağı bilinmir. Bundan başqa, qrup zənglərinin "WhatsApp" messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı da istisna deyil.

Digər yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim olunacağı gözlənilir.

"WhatsApp" messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.

Məqalədə : WhatsApp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru