Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
15:39
1575
Özbaşına çəkilən piyada keçidləri - FOTO-VİDEO

Şəhərin müxtəlif hissələrində piyada və sürücülərin bir-birinə istəməyərəkdən mane olduqları yerlər var. Söhbət özbaşına çəkilən piyada keçidlərindən gedir.

FaktXeber.com-un oxucularından biri paytaxt Bakının 9 mikrorayon ərazisindəki 3 piyada keçidini çəkərək redaksiyamıza göndərib.

Oxucu bildirir ki, "Şamaxinka" adlanan ərazidə yerləşən "Səfastor" marketin qarşısında (Mir Cəlal küçəsi) özbaşına piyada keçidi çəkilib. Halbuki, həmin piyada keçidindən cəmi 5 metr aralı işıqfor var. Sürücülər "Səfastor"un qarşısında piyadalara yol vermək üçün dayanırlar, 2 saniyə sonra isə işıqforda dayanmağa məcbur olurlar. Sürücülər bildirirlər ki, onsuz da işıqforda dayanırlar və piyadalar da buradan rahat keçə bilərlər.

Digər bir piyada keçidi isə eyni küçədə, "Favorit" marketin qarşısındadır. Oxucu hesab edir ki, bu piyada keçidi də qanunsuzdur və "Səfastor"da olduğu kimi düz mağazanın giriş qapısına istiqamətlənib. Hansı ki, bu keçiddən də cəmi 5 metr aralıda işıqfor var.

Daha bir piyada keçidi isə yenə eyni küçədə, "Bolmart" marketin qarşısındadır. Amma bu piyada keçidinə yaxın işıqfor olmadığı üçün sürücülərə çətinlik yaratmır.

Məqalədə : piyada keçidi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru