Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Oktyabr

2017
14:10
951
AFFA-dan Prosineçkinin gələcəyi barədə açıqlama

“Robert Prosineçki ilə bu ayın sonuna qədər görüş olacaq. Onun hazırda qüvvədə olan müqaviləsi mövcuddur. Axşam Bakıya qayıtmalıdır. Bugünlərdə görüşəcəyik”.

FaaktXəbər-in verdiyi məlumata görə, bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran baş katib bildirib ki, xorvatiyalı mütəxssislə bağlı yekun qərar onunla görüşdən sonra veriləcək. E.Məmmədov 10 gün ərzində R.Prosineçki ilə görüşəcəklərini söyləyib: “Öncədən qərara alınıb ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsi başa çatandan sonra bir araya gəlib gələcək əməkdaşlıq məsələsini müzakirə edək. Prosineçki hazırda Bakıda deyil və ona görə də hər hansı müzakirəmiz olmayıb. Baş məşqçi qayıdan kimi müzakirə aparacağıq və dərhal ictimaiyyətə məlumat verəcəyik. Bu, növbəti 10 gün ərzində olacaq”.

R.Prosineçkinin vətənində verdiyi müsahibədə Azərbaycan yığmasında işini davam etdirmək istəməməsi və klubda çalışmaq niyyətində olduğuna dair səsləndirdiyi fikirlərə də münasibət bildirən baş katib deyib: "Prosineçki bizə açıq formada heç nə deməyib. Son müsahibəsində söylədiklərini araşdırdıq. O, belə demədiyini bildirdi. Əslində, sərbəst insandır, öz fikrini ifadə edə bilər. Hələlik müqaviləsinin müddəti başa çatmayıb. Bu məsələyə çox peşəkar yanaşırıq. Bu cür işlərdə təcrübəmiz var. Müqavilə bitməyənə qədər necə davranmalı olduğumuzu bilirik”.

E.Məmmədov yaxın vaxtlarda milli komanda üçün yoldaşlıq oyunu təşkil etməyi planlaşdırmaqdıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırkı anda “Qarabağ”ın Çempionlar Liqasındakı matçları daha vacibdir: “Hələlik planda yoldaşlıq oyunu yoxdur. Qarşıda “Qarabağ”ın ÇL-də görüşləri var. Noyabrın 22-də “Çelsi”ni qəbul edəcək. Bunu da nəzərə almaq lazımdır. Çünki milli komandanın 60 faizi Ağdam klubunun futbolçularıdır. Bu məsələ ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da fikrini öyrənmək istərdik. İndiki anda ÇL-in qrup mərhələsi bizim üçün daha vacibdir. İlk növbədə millinin baş məşqçisi ilə razılaşmalıyıq. Ondan sonra planlar barədə danışmaq olar. Onsuz da gələn ilin yanvarında da vaxtımız olacaq. Martda da bir həftəlik fasilə gözlənilir. Həmçinin yayda imkan düşəcək. Yəni, hazırlıq matçları keçirmək üçün kifayət qədər vaxtımız olacaq”.

Qeyd edək ki, R.Prosineçkinin AFFA ilə üç illik müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatacaq.  

Məqalədə : AFFA Prosineçki 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru