Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2017
22:00
`Qarabağ` Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb

"Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirib.

Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib.

İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

C qrupunun digər oyunu Londonda “Çelsi” və “Roma” arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:4-də başlayacaq.

Çempionlar Liqası, C qrupu, III tur

18 oktyabr

"Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75 ("Qarabağ")

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu

Xal durumu: "Çelsi” – 6, "Roma” – 4, "Atletiko” – 2, "Qarabağ” – 1.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ Atletiko futbol 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 20:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com