Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Oktyabr

2017
14:27
1200
Saakaşvili Poroşenkonu devirməyə start verib: Ali Rada qarşısında barrikadalar quruldu - Canlı Bağlantı

FaktXəbər-in verdiyi məlumata görə, Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili hökumətə güc nümayiş etdirməyə başlayıb. Belə ki, dünən Ali Rada qarşısında toplaşan insanlar tələblərinin yerinə yetirilməyəci təqdirdə parlamentin qarşısını tərk etməyəcəklərini açıqlayıb. 

Mixail Saakaşvilinin "Yeni qüvvələr" hərəkatının başlatdığı aksiyaya Yuliya Timoşenkonun "Batkivşina" partiyası, "Azadlıq" partiyası, o cümlədən "Samopomoş" və "Milli korpus" hərəkatları və başqa qurumlar dəstək verib. Dünən sayları 200 nəfərdən 6 minə qədər artan aksiya iştirakçıları  ölkədə Antikorrupsiya Məhkəməsinin yaradılması, deputat toxunulmazlığını ləğvini və seçki qanunvericiliyinin dəyişdirilməsini tələb edirlər. 

Ukrayna parlament binasının qarşısında toplaşan narazı kütlə mətbəxt çadırları və barrikadalar qurublar. Çadırlarda nümayişçilərə qarabaşaq və mal əti verilir. Aksiya təşkilatları "Strana" portalının əməkdaşına minlərlə insanı qidalandırmaq üçün onlarda ərzaq olduğunu bildirsələr də, bunun maliyyəsi barədə açıqlama verməyiblər. 



Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 07:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru