Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
16:04
981
İŞİD 2018-ci il Dünya Çempionatını terrorla hədələdi

FaktXəbər-in verdiyi məlumata görə, İŞİD terror təşkilatının 2018-ci il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını hədələməsini özündə əks etdirən banneri yayılıb. Mundialın rəmzi üzərində hazırlanan bannerdə silahlı terrorçu və bomba şəkili, o cümlədən "Bizi gözləyin" sözləri öz əksini tapıb. 

Ehtimal olunur ki, banner İŞİD terror qruplaşmasının Rusiyadakı tərəfdarları tərəfindən hazırlanıb. Rusiyada futbol üzrə Dünya Çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək bir neçə şəhərdə keçiriləcək.

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru