Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Oktyabr

2017
15:21
582
Oğru avtobus sərnişinlərini qarət etmək üçün çamadanda gizlənirmiş

FaktXeber.com-un məlumata görə, Parisdə yerli Bove aeroportuna avtobuslarla yola düşən sərnişinlərin çantasından oğurluq edən iki dələduz saxlanılıb. Oğrulardan biri çamadanın içində gizlənirmiş. Dostu onu avtobusun yük yerinə qoyduqdan sonra o, çamadandan çıxır, orda olan digər çantaları eşələməyə başlayır və içərilərindən tapdığı qiymətli əşyaları özü ilə götürdüyü başqa bir ryuqzaka yığırmış. Dayanacaqda isə onun müttəfiqi heç nə olmamış kimi içində dostu olan çamadanı və ryuqzakı yük yerindən götürüb hadisə yerindən uzaqlaşırmış.

Sərnişinlər tərəfindən əşyalarının itməsi ilə bağlı çoxsaylı şikayətlərdən sonra sürücülərdən biri görür ki, bir nəfər avtobusun yük yerinə çox böyük bir çamadan qoyur. Qəribəsi o idi ki, çamadanın içində tərpəniş var idi. Sürücü şübhələri ilə bağlı təhlükəsizlik xidmətinin əməkdaşlarını xəbərdar edir.

Hüquqmühafizə orqanları  şübhəlini avtobusu təkərli çamadan və rüqzakla tərk edərkən saxlayırlar. Ryukzakda  bir neçə notbuk, planşet, mobil telefonu və digər qiymətli əşyalar, çamadanda isə bükülmüş vəziyyətdə digər cani tapılır.

Artıq onlar həbs olunublar.

Məqalədə : Oğru 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru