Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Oktyabr

2017
16:15
2025
Bakıda kapitan gəmini partladacağını bəyan etdi

FaktXəbər-in verdiyi məlumata görə, ötən bazar günü Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının yaddaşında gəmi kapitanının onu partlatmaqla hədələdiyi gün kimi qaldı. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xəzər dəniz neft donanmasının Aria-142 gəmisinin kapitanı, 1977-ci il təvəllüdlü Elsevər Qəribov yaşayış yeri ilə əlaqədar problemlə üzləşib.

Onun Biləcəri qəsəbəsindəki yaşayış passivindəki şəxsi evinin uçurulmaq təhlükəsi var. Ona bildiriblər ki, evi AR Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin sərəncamında olan ərazidə yerləşir. Buna görə də İdarənin əməkdaşları Qəribovlar ailəsinə bildiriblər ki, neft kəmərlərinə yaxın ərazidə yerləşən evləri yıxmaq məcburiyyətindədirlər.

Bununla əlaqədar olaraq kişi "102" xidmətinə zəng edərək bildirib ki, əgər onun evini yıxsalar, o, kapitanı olduğu gəmini partladacaq. Çünki onun və ailəsinin yaşamağa başqa yeri yoxdur.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları onun müraciətini qeydə alıblar və araşdırma aparmağa başlayıblar. Sonra Qəribov bildirib ki, gəmini partlatmaq niyyəti barədə məlumat verərkən bərk qəzəbli olub.

Bununla belə, Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, hazırda SOCAR-ın ərazilərində tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı söhbət və ya iş getmir.

Qeyd edək ki, neft yataqları ərazisində tikilmiş yaşayış evləri ilə bağlı problem çoxdan mövcuddur. Hələ 90-cı illərdə Bakıda SOCAR-ın sərəncamında olan ərazilərdə rayon icra hakimiyyətilərinin və bələdiyyələrin səssiz qalması nəticəsində çoxsaylı yaşayış evləri tikilib.

Qaradağ, Binəqədi və Sabunçu rayonlarındakı neft nasoslarının və kəmərlərin yaxınlığında, ekoloji cəhətdən qənaətbəxş olmayan ərazilərdə də qanunsuz tikilmiş yaşayış evləri var. Bir müddət əvvəl SOCAR-ın müvafiq strukturları bu evlərin sökülməsinə qərar verərək, bəzi evləri söksə də, əhalinin göstərdiyi müqavimət nəticəsində söküntü işləri müvəqqəti olaraq dayandırılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru