Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Oktyabr

2017
11:24
1895
Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Bu barədə FaktXəbər-ə İdarədən məlumat verilib. Baş DYP İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərin nəzərinə çatdırır ki, havaların dəyişməsi və ümumilikdə qış mövsümünə keçidlə əlaqədar istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də onların şinlərinə bir daha diqqət yetirilməli, yağışların tez-tez yağması nəticəsində yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması nəzərə alınaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verilməməlidir.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır.

Sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı vaxtlarda son dərəcə ehtiyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1851

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
349

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
703

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
315

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1016

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
230
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru