Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Oktyabr

2017
14:06
1704
Qanunvericiliyə hərbi xidmətlə bağlı dəyişiklik edilir

Müddətli həqiqi hərbi xidmətdə olan  qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına hərbi xidmət üzrə məhdudlaşdırma cəzası verilməyəcək.

Bununla bağlı Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.

Məcəllənin 50.1-ci bəndinə edilən dəyişikliyə görə, Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

50.2-ci maddəyə edilən dəyişikliyə görə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

Həmçinin Məcəlləyə yeni 50.4-cü maddəsi əlavə edilir. Yeni bəndə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan  qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məqalədə : Hərbi xidmət 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru