Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
17:14
699
Azərbaycanda dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olanlardan həbs cəzası ləğv olunur

Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlarla bağlı həbs cəzası ləğv olunur.

Bununla bağlı Cinayət Məcəlləsinin 200-1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinin 1-ci bəndinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə hazırda tətbiq olunan 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası 2 ilədək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənir.

Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəzası yenidir və bu, cəzaçəkmə və yaxud həbsxana şəraitində icra olunmur.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./apa

Məqalədə : dərman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru