Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2017
11:32
Salehi: ABŞ bu addımı atarsa, ölkəmizə qarşı müharibə elanı hesab edəcəyik

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, İran Atom Enerjisi Təşkilatı başçısı Əli Əkbər Salehi İngiltərənin paytaxtı Londondakı görüşlər zamanı mətbuat nümayəndələrinin gündəmdəki "ABŞ-ın nüvə razılaşma haqqındakı siyasəti və İran İnqilab Mühafizəçilərinin terror siyahısına salınma ehtimalı" məsələsindəki sualları cavablandırıb.

Salehi İran İnqilab Mühafizəçilərinin ABŞ prezidenti Donald Tramp hökuməti tərəfindən terror siyahısına salınmasının "ABŞ-ın İran xalqına qarşı düşmənçilik mövqeyi"nin bir əsəri olacağını söyləyərək, "hər bir ölkənin ordusu və silahlı qüvvələri o ölkənin hüquq-mühafizə və təhlükəsizliyinin təminatıdır. Dolayısıyla, bu istiqamətdə veriləcək qərarı müharibə elanı kimi sayarıq", - deyə vurğulayıb.

ABŞ-ın nüvə müqaviləsini pozması vəziyyətində beynəlxalq arenada doğacaq nəticələrə də dözməsi lazım olduğunu qeyd edən Salehi, "İran ABŞ-ın bu məsələdə tutacağı mövqeyə uyğun qərarlar qəbul edəcəkdir" söyləyib.

Qeyd edək ki, Salehi P5+1 ölkələri ilə 2015-ci ildə əldə edilən nüvə müqaviləsinin davam etməsi üçün Avropada dəstək turuna çıxıb. 

Nüvə müqaviləsi İran ilə P5+1 ölkələri arasında (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya + Avropa Birliyi) 14 iyul 2015-ci il tarixində Avstriyanın paytaxtı Vyanada imzalanıb.

Məqalədə : İran Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
440

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
372

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 22:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru