Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
14:20
474
`Qızıl top`un sahibi olan futbol ulduzu Liberiyanın prezidenti seçildi

1995-ci ildə "Qızıl top"un sahibi olan Liberiyanın məşhur futbolisti  Corc Vea ölkə prezidenti seçilib.

FaktXeber.com-un məlumatına görə, dünən Liberiyada prezident seçkiləri keçirilib və Vea cari vitse-prezident Cozef Bokayanı geridə qoyub.

Futbol ulduzu dövlət başçısı kimi 2011-ci ildə Nobel mükafatı laureatı olan  Conson  Serlifi əvəz edəcək. Qeyd edək ki, Conson Serlif  2 dəfə 6 illik müddətə bu vəzifəni icra edib.

Öz dövründə  Avropanın aparıcı klubları olan  "Monako", "Pari Sen-Jermen", "Marselğ", "Çelsi", "Mançester Siti", "Milan"da oynaya Vea, yığması heç bir zaman Dünya Çempionatında olmayan yeganə "Qızıl top" sahibidir.

Liberiyalı ulduz 3 dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib. Bundan başqa, o, 1995-ci ildə dünyanın ən yaxşı oyunçusu seçilib.

Vea 2003-cü ildə idman karyerasını başa vurduqdan sonra humanitar və siyasi fəaliyyətlə məşğul olub.

Məqalədə : Liberiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru