Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
22:56
606
Kataloniya rəhbərinə 5 gün vaxt verildi

İspaniyanın baş naziri Mariano Raxoy Kataloniya rəhbəri Karles Puçdemona regional hökumət tərəfindən imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməsi üçün 5 gün vaxt verib. FaktXəbər-in verdiyi məlumata görə, bu haqda "Mundo" qəzeti yazır.

Puçdemon oktyabrın 16-dək məsələni aydınlaşdırmalıdır. 

Bundan başqa, İspaniya hökuməti daha bir tarixi də qeyd edib - 19 oktyabr. Bu tarixədək Puçdemon fikrini dəyişə bilər.

Qeyd edək ki, ötən gün Tvitterdə yayılan məlumata görə, Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras, region parlamentinin spikeri Karme Forkadel və 132 deputatdan 72-si müstəqillik haqqında bəyannaməni imzalayıblar.  

Məqalədə : Kataloniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru