Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
16:53
495
MDB dövlət başçılarının Soçi sammitində 18 sənəd imzalanıb

Rusiyanın Soçi şəhərində MDB ölkələrinin dövlət başçılarının sammiti keçirilib. 

Sammitdə ilk olaraq dövlət başçıları məhdud tərkibdə görüş keçiriblər.

Sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Geniş tərkibdə görüşdə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon çıxış edib. O, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı ölkəsinin və hökumətinin görəcəyi işlərdən danışıb. 

Sonra MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib. 

Sammitdə çıxış edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının fəaliyyətindən, Rusiyanın quruma sədrlik etdiyi müddətdə görülən işlərdən danışıb. 

Sonda MDB liderləri sammitin yekunu olaraq müzakirə olunan məsələlərlə bağlı 18 sənəd imzalayıblar. Bu sənədlərə "MDB-nin sədrliyi haqqında" qərar, "MDB dövlət başçılarının növbəti sammitinin keçirilməsi haqqında protokol qərarı", "MDB-nin İcraiyyə Komitəsinin sədri haqqında" qərar,  "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" 2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması haqqında" və digər qərarlar daxildir. 

Qeyd edək ki, MDB ölkə liderlərinin sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.(apa)

Məqalədə : MDB 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru