Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Oktyabr

2017
13:01
501
Krasnoyarskda bütün şəhərdə axtarılan uşaq evində, divanın altından tapıldı - ФОТО

Qorxmuş valideynlər könüllülərə bildiriblər ki, 9 yaşlı  Nikita məktəbdən ev qaydırkən  itkin düşüb və heç ağıllarına gəlməyib ki, uşaq  bütün bu müddət ərzində  mənzildə olub.

FaktXeber.com-un verdiyi məlumata görə, dünən Krasnoyarskda itkin düşən uşaq barədə xəbər bütün sakinləri təşvişə salsa da, xoşbəxt və bir qədər də təccüblü sonluqla nəticələnib. Belə ki, könüllülərin  dalanları, blokları, pilləkənlərin altını, atılmış tikililəri, meşə zolağını və sair ağlagəlməz yerləri axtarardığı müddətdə  uşaq   rahat şəkildə  öz mənzilində divanın altında yatıbmış.

İlkin məlumatlara görə, Nikita məktəbdən evə gəlib və zarafat xətrinə divanın altında gizlənib. Lakin  az sonra onu yuxu tutub. O, valideynlərinin nə çəkdiyindən xəbərsiz halda bir neçə saat burda yatıb.

Məqalədə : itkin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru