Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2017
11:26
Azərbaycanın elektron imza təcrübəsi BMT-nin toplantısında təqdim olunub

Azərbaycanın elektron imza təcrübəsi BMT-nin toplantısında təqdim olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FaktXəbər-ə bildirilib ki, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmli iqtisadiyyat” üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi iştirak edib.

Ekspert qrupunun əsas məqsədi rəqəmli iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır.

Müxtəlif beynəlxalq təşkilatların rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hazırlanan “İnformasiya İqtisadiyyatı 2017” hesabatı təqdim olunub.

İclasda inkişaf etməkdə olan ölkələrdə rəqabətədavamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Sonra 2016-cı ildə UNCTAD tərəfindən təsis olunmuş beynəlxalq “www.etradeforall.org” platformasının inkişafına dair məlumat verilib. Bu platforma inkişaf etməkdə olan ölkələrə elektron ticarətin potensialından faydalanmağa imkan verir. Bu təşəbbüs vasitəsilə ölkələr potensial tərəfdaşlarla əlaqə qura, yeniliklər və elektron ticarət üzrə ən son məlumatları əldə edə bilərlər.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı üzrə Azərbaycan təcrübəsindən, elektron hökumətin, elektron xidmətlərin və Açıq Hökumət Məlumatlarının elektron ticarətin inkişafında mühüm rolundan danışıb.

Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron ticarətin inkişafı üçün mühüm təkan verəcək.

Çıxışda ölkələrarası elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.

Məqalədə : elektron imza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
215

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
176

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
201

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
330

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
302

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
287

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
304

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 20:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru