Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Oktyabr

2017
16:01
1215
Pul qazanmağın 10 ASAN YOLU

Qara mühasibatlıq, vergi qaçaqmalçılığı, qeyri-müəyyən kapital mənbəyi. bütün bunlar varlıların 80%-nin yararlandığı yoldur. Amma ictimaiyyəti aldatmadan qazanmaq üçün bütün bunlara ehtiyac yoxdur. Maliyyə uğur əldə etməyə, daha doğrusu pul qazanmağa yardım edəcək 10 ASAN YOLU FaktXəbər olaraq sizə təqdim edirik.

1. Heç bir şeydən qorxmayın. Qorxu sizi qərar vermək bacarığından məhrum edir. İnsanlar qocalana qədər yoxsulluq içində yaşayırlar, çünki önəmli qərarlar verməkdən qorxurlar. 

2. İşdən çıxarıldıqda məyus olmayın. İş məsələsində sabitlik yoxdur: Müəssisələr iflas edir, şirkətlər bağlanır və s. Nəticə olaraq milyonlarla insan işsiz qalır. Amma qorxmayın və əl çəkməyin, işdən çıxarılmanı həyatınızı dəyişmək şansı kimi qəbul edin.

3. İşə başlayın. Düzgün qura bilsəniz öz işiniz ən böyük gəlir gətirə bilər, buna görə də sahibkarlıq da məşğul olun. Bazarı tədqiq edin, fikir verin və başlanğıc kapital üçün qənaət edin.

4. Bir gəlir mənbəyi ilə kifayətlənməyin. Özünüzü bir gəlir mənbəyi ilə məhdudlaşdırmayın. Ən azı 2 yerdən, məsələn, işinizdən və işdən sonrakı fəaliyyətinizdən gəlir əldə etməyə çalışın.

5. Pulunuzu işlədin. Yastlq altında yatmasına imkan verməyin. Pul ya gəlirlərinizi artıracaq hədəfə çata bilmək üçün yığılmalı, ya da pulla investisiya qoyulmalıdır.

6. İnternetdən ağıllı şəkildə istifadə edin. İnternetdən yaxşı pul qazanmaq və yeni imkanlar öyrənmək mümkündür. Burada bir çox faydalı və maraqlı məsələlər var. Məsələn, hansısa sahəni əhatə edən proqram öyrənə və buna uyğun iş də axtara bilərsiniz.

7. Vaxtınızı boş yerə sərf etməyin. Bir işi 2 saat ərzində görə bilərsinizsə, bunu bütün günə uzatmayın. Zaman ən dəyərli mənbədir.

8. Tənbəl olmayın. İşləmədən günortaya qədər yatmaq, serial izləmək və axşamlar boş söhbətlər etmək üçün uğurlu insanların həyat yolu deyil.

9. Çətin olan vaxtlarda belə, qənaət edin. Maliyyə vəziyyətiniz çətin olsa da, gəlirinizdən qənaət etməyi öyrənin.

10. Sizin kimi düşünən insanları tapın. Ətrafımızdakı insanlar bizə təsir edir. Buna görə də işinizə yarayacaq, sizinlə əməkdaşlıq edəcək insanlar tapmağa çalışın. Sizin gücünüzə və əqidənizə müsbət töhfə verəcək.

Məqalədə : pul qazanmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 19:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru