Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
11:06
3465
İŞİD əsirliyində olan ruslarla bağlı daha bir VİDEO paylaşılıb

FaktXeber.com-un verdiyi məlumata görə, oktyabrın 9-da İŞİD əsirliyində olan ruslarla bağlı daha bir video paylaşılıb. Roliki paylaşan EuphratesPost ərəb informasiya agentliyinin titrlərindən aydın olur ki, Rusiya vətəndaşları sağ ola bilər.

Yeni videoda  ruslar səhrada pikapın yük yerindədirlər. Roman Zabolotnıy  terrorçuların suallarına  cavab verir, Georgiy Çurkanov isə huşsuz vəziyyətdədir.

Kadrlarda həmçinin  Suriya ordusundan olan hərbçinin də əsir düşdüyü görünür, terrorçular onu ələvi adlandırırlar.

Onların hamısının əlləri arxadan bağlı olub.

Ehtimal olunur ki, əsirlər sağdırlar və onları tutan terrorçular danışıqlara hazırdırlar.

MK agentliyi Suriya mənbələrinə istinadla bildirir ki, rusiyalı girovlar hələ də sağdırlar.

«Onların edam olunduğu barədə heç bir rəsmi təsdiq yoxdur. Adətən belə hallarda terrorçuların nəzarətində olan agentliklər  uyğun videonu qoyurlar. Ceyms Foulinin edam videosunu xatırlamaq olar, hansı ki, elə həmin gün qoyulmuşdu».

Mənbə bildirir ki, ruslar Palmirradan  Deyr əz-Zora gedən yolda sentyabrın 28-də əsir düşüb.

Xatırladaq ki, İŞİD terror təşkilatına əsir düşmüş Roman Zabolotnıyın öldürüldüyü barədə məlumatlar yayılmışdı. FaktXeber.com-un məlumatına görə, bu barədə Rostov-Donun şəhər dumasının deputatı  Anatoliy Kotlyarov Dojd telekanalına bildirmişdi. 

İkinci əsir Qriqoriy Çurkanın taleyi barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın sonlarındaİŞİD terror təşkilatı 2 rus əsgərin əsir götürülməsi barədə elan etmişdi. Oktyabrın 3-də isə bu barədə video paylaşılmışdı.

Zabolotnıy Rostovda  qazax təşkilatının üzvü kimi tanınmışdı, Çurkan isə  "Döyüş qardaşlıbı" veteran təşkilatının üzvü olduğu bildirilir. Çurkanın qohumlarının sözlərinə görə, o, suriyaya  «Vaqner» özəl  hərbi kompaniyanın adından gedib.

Məqalədə : rusiyalı əsir 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru