Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Oktyabr

2017
10:44
561
İspaniya Peşəkar Futbol Liqası `Barselona`nı hədələdi

İspaniya Peşəkar Futbol Liqasının (LFP) rəhbəri Havyer Tebas Katalonyanın birtərəfli müstəqillik elan etməsi halında katalon klublarla görüşəcəyini və müstəqilliyi tanıyan komandaları liqadan çıxaracağını söyləyib: "Bizim vəzifəmiz hər kəsi dinləmək, amma eyni zamanda əsasnamənin şərtlərini də yerinə yetirməkdir."

FaktXəbər-in məlumatına görə, Havyer Tebas Villarreal şəhərində iştirak etdiyi konfransda jurnalistlərə verdiyi açıqlamada, "təəssüf ki, "Barselona" və "Espanyol" klublarının olmadığı bir La Liqa ehtimalı görürəm. Əgər belə bir şey olsa, La Liqa təkrar əldə edilməsi çox çətin bir dəyər itirəcək", - deyə bildirib.

Katalonyanın müstəqil olması halında Katalon Futbol Federasiyasının özünü dünya futbol ictimaiyyətinə necə qəbul etdirəcəyinin məlum olmadığını vurğulayan Tebas, "FİFA qaydalarını tətbiq etmək məcburiyyətində qalmayacaqlar. Belə olduqda isə Katalonyadaki klublarda oynayan futbolçular tamami ilə transfer bazarının kənarında qalacaq" söyləyib.

Qeyd edək ki, Katalon komandalarından "Barselona", "Espanyol" və "Girona" La Liqada, "Reus", "Gimnastik de Tarragona" və "Barselona B" isə 2-ci liqada mübarizə aparır.

Məqalədə : Barselona 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru