Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Oktyabr

2017
19:06
657
Azərbaycan hərbi dənizçiləri İrana səfər zamanı müxtəlif görüşlər keçirib

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.

Müdafiə Nazirliyindən FaktXəbər-ə bildirilib ki, təsdiqlənmiş plana uyğun olaraq, hərbi dənizçilərimiz Ənzəli şəhərində yerləşən Şəhidlər Memorial Kompleksini ziyarət ediblər.

Sonra hərbi dənizçilərimiz Ənzəli şəhərinin meri Mirşəm Momenizadənin qonağı olublar. Şəhər rəhbəri Azərbaycan dənizçilərini İranda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov isə ilk dəfə olaraq hərbi dənizçilərimizin İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.

Məqalədə : dənizçilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru