Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2017
21:45
2461
AFFA Azərbaycan millisi ilə vidalaşacaq Rəşad Sadıqova sürpriz edəcək

Çexiya yığmasına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl "Qarabağ"ın futbolçusu Rəşad Sadıqovun Azərbaycan milli komandası ilə vida mərasimi təşkil olunacaq. 

Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, canlı yayıma təsadüf etdiyindən, tədbir elə də uzun müddətli nəzərdə tutulmayıb.

E.Məmmədov AFFA rəhbərliyinin Sadıqova sürpriz hazırladığını da açıqlayıb: "2015-ci il oktyabrın 10-da İtaliya ilə Avropa çempionatının seçmə qrup oyunundan əvvəl də buna bənzər tədbir təşkil etmişdik. Həmin mərasim Rəşad Sadıqovun Azərbaycan millisində 100-cü oyununu keçirməsi ilə əlaqədar idi. Bu dəfə isə oyundan əvvəl yolasalma mərasimi təşkil edəcəyik. Amma nələrin olacağı qoy, sürpriz qalsın".

Baş katib oyunöncəsi tədbirdən sonra Sadıqovun sonuncu dəfə milli komanda forması ilə meydana çıxacağını əlavə edib.   

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya matçı saat 20:00-da başlanacaq.

Məqalədə : AFFA Rəşad Sadıqov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 03:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com