Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2017
14:51
Bakı bulvarında qadın polislər asayişi qoruyacaq - FOTOLAR

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri-Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, bu məqsədlə sentyabrın 30-dan Əlahiddə Çevik Polis Alayının qadın əməkdaşları kişi həmkarları ilə birlikdə Dənizkənarı Milli Parkda xidmətə başlayıblar.

Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərlərinə çatdırılıb.

Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması, milli qanunvericilikdən, nazirliyin müvafiq əmr və göstərişlərindən, digər normativ-hüqüqi aktardan irəli gələn vəzifələrin icrası, vətəndaş-polis münasibətlərinin daha da təkmilləşdirilməsi, həmçinin gender balansının gözlənilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdəndir.

Hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır. Onlar əsasən Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48283

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46332

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47961

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47571

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53154

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47199

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47595
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 12:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru