Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2017
20:53
3380
100-ə yaxın timsah zooparkdan qaçıb

Çinin Sıçuan əyalətində zooparkdan 78 timsah balası qaçıb.

FaktXəbər-in verdiyi məlumata görə, bu haqda "Daily Mail" yazır.

Bildirilir ki, timsahlar terrariumda aparılan təmir işləri zamanı qaçıb. Zoopark artıq  onlardan 73-ünü geri qaytara bilib.

Müəssisə əməkdaşlarının sözlərinə görə, qaçan timsahlar böyüməyincə insanlar üçün təhlükə kəsb etmirlər.

İtən sürünənlər nəsli tükənməkdə olan siam timsah növünə aiddirlər. Çində onlar delikates hesab olunur. Bu növ timsahlar həm də dərilərinə görə çox vaxt brakonyerlərin qurbanına çevrilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Çin zoopark timsah 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com