Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

29 Sentyabr

2017
12:09
6660
Rövşən Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi - FOTOLAR

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.

Faktxeber.com Unikal.org-a istinadən məlumat verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.

Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev("Rövşən Lənkəranski”) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb.

Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:33

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru