Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

28 Sentyabr

2017
10:10
1969
Pentaqon Əfqanıstanda səhvən mülki vətəndaşları vurduqlarını etiraf edib

FaktXeber.com-un məlumatına görə, ABŞ Müdafiə Nazirliyi olan Pentaqon Əfqanıstanda terrorçuları uzaqlaşdırmaq üçün həyata keçirdikləri hava hücumunda səhvən  mülki şəxsləri vurduqlarını etiraf edib. Hadisə Kabil hava limanı yaxınlığında əməliyyat zamanı baş verib.

«(Əfqan təhlükəsizlik qüvvələrinə) Dəstək verən ABŞ qüvvələri hava hücumu həyata keçirib. Təəssüf ki, raketlərdən biri səhv istiqamətə gedib və nəticədə zərər görənlər var», - deyə bəyanatda bildilir və sivillərə dəyən xəsarətə görə təəssüfünü bildirib.

Hadisə ilə əlaqədar istintaqa başlanıb.

Əfqan mediasının xəbərinə görə, ABŞ-ın hava hücumunda 1 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Xatırladaq ki, ABŞ müdafiə naziri Ceyms Mettisin Əfqanıstana gəlişindən 4 saat sonra Kabil hava limanının ərazisi  raket atəşinə məruz tutulub. Tramp Əfqanıstandakı silahlı münaqişənin həllinin tərəfdarı olduğunu bildirdikdən sonra ilk dəfədir ki, Mettis bura səfər edir. 

 “Tolo News” telekanalı aeroport ərazisinə 30-dək mərminin düşdüyü barədə məlumat verib. Hücuma görə məsuliyyəti əvvəl “Taliban” hərəkatı, daha sonra isə İŞİD öz üzərinə götürüb. Talibanın bildirdiyinə görə, hədəf Mettisin təyyarəsi olub.

Qeyd edək ki, bu yaxınlarda Vaşinqton Əfqanıstanın hökumət qüvvələrinə yardım niyyətilə ölkəyə daha 3 min hərbçi göndərməyi planlaşdırdığını təsdiqləyib.Tramp Əfqanıstanda "qələbə əldə edənədək" vuruşmağa söz verib. 

Bundan öncə Pentaqon Əfqanıstana 11 min hərbçi göndərmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
59

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
67

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
93

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
991

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1361
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 03:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru