Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Sentyabr

2017
15:17
2481
Cavid İmamoğlu: “Cəzaları sərtləşdirmək yox, qaranlıqlara işıq salmaq lazımdır”

Balakəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan 12 yaşlı qız və ailənin digər üzvləri hələ ki, Azərbaycan Uşaq Birliyinin himayəsindədir. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində isə istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyun ayında İranda analoji hadisəni törədərək zorladığı 7 yaşlı Atena Aslanini öldürən parsabadlı İsmayıl Cəfərzadə bir neçə gün əvvəl edam olunub.

Azərbaycanda da azyaşlılara qarşı zorakılıq hallarına daha sərt cəzaların verilməsi tərəfdarı olanlar var. Çünki son zamanlar zorakılıq halları barədə hadisələr tez-tez eşidləməyə başlanır. Valideynlər bu cür bəlalı təcavüzkarlardan özlərini və uşaqlarını qorumaq üçün müxtəlif yollar düşünürlər. Dünyanın ən demokratik ölkələrində belə, onlara qarşı sərt qanunlar var.

Məsələ ilə əlaqədar FaktXəbər-ə açıqlama verən sosioloq Cavid İmamoğlu bildirdi ki, cəzaların sərtləşdirilməsi və ölüm hökmünün tətbiqi ayrı-ayrı məsələlərdir:

“Dünyanın geişatı budur ki, mümkün qədər cəzalar daha çox reabilitasiya formasında olsun. Yəni hər hansı yanlış bir iş tutmuş şəxs aldığı cəzadan sonra həm səhvini başa düşsün, həm də həyatını yenidən qura bilsin. Cəzaları nə qədər sərtləşdirsək belə, dünya təcrübəsi göstərir ki, bu cinayətlərin sayının azalmasına gətirib çıxarmır. Ona görə də münasibət, yanaşma dəyişməlidir. Cinayət törədən şəxsləri reabilitasiyası, onlarla profilaktik işlər, davranışlarının dəyişdirilməsi istiqamətində daha çox psixoloji iş aparılmalıdır, nəinki cəzanı sərtləşdirib, cəmiyyətdə həmin adamı itirmək. Çünki həmin şəxs sərt cəzadan daha çox travma alaraq cəmiyyətə qayıdacaq. Ona görə burda iki məsələ var. Ölüm - bu həyatda yaşamaq hüququndan məhrum  etmək, bu başqa mövzudur. Bir də var cəzanı sərtləşdirmək. Hesab edirəm ki, cəzaların sərtləşdirilməsi yox, daha çox cəmiyyətin cinayətin sayının azalmasına səbəb olan amillərin üzərində işləmək lazımdır.”

Sosioloq bildirdi ki, bu gün doğrudan da Azərobaycan reallığında cinayətlərin sayında, formasında və motivində hər hansı bir dəyişiklik gedibsə bu araşdırımlaı və bunun kökündə nəyin durduğu müəyyənləşdirilməlidir:

“Məsələn, bir küçə qaranlıqdırsa və orda tez-tez cinayətlər baş verirsə, bəlkə küçəni işıqlandıraq? Yaxud, hansısa məktəbdə narkotik maddə istifadə halları qeydə alınıbsa, bəlkə orda maariflənməni artıraq, valideynləri də bu işə təşviq edək ki, övladlarının yanında olsunlar. Yəni bütün qaranlıq məqamlara işıq salınmalıdır ki, cəmiyyətdə cinayət azalsın. Hesab edirəm ki, məsələnin mahiyyəti bundan ibarətdir.”

Məqalədə : Cavid İmamoğlu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru