Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Sentyabr

2017
08:11
1038
KXCP İraq türkmənlərinin müdafiəsinə qalxdı

25 sentyabr 2017-ci ildə Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai–siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər  müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilib. 

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, İdarə Heyətinin yığıncağında Şimali İraqda keçirilən referendumla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir :

“Son 10 illərin məntiqi nəticəsi olan referendum yeni müharibə ocağına “dövlət statusu” vermək məqsədi daşıyır. Bütün dünya dövlətlərinin əleyhinə olduğu bu referendum, gizli şəkildə bir sıra dövlətlər tərəfindən dəstəklənir. 

KXCP türkmənlərin gözlədikləri dəstək, arzuladıqları müdafiənin Türkiyə və Azərbaycandan olmadığını təəssüflə qeyd edir, bu tarixi yanlışlığın bədəlini bütün dünyanın ödəyəcəyini bəyan edir. Türk dünyasının və siyasi iqtidarların türkmənləri öz taleyi ilə baş–başa yalnız buraxmasını tarixin və millətin bağışlamayacağı addım hesab edən KXCP, ədalətin qalib gələcəyinə inanır və sona qədər türkmənlərin hüquqlarının  müdafiəsindədir.”

Məqalədə : KXCP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:51

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru