Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Sentyabr

2017
16:58
639
Türkiyə referenduma görə İraq Kürdüstanı ilə vuruşmayacaq

Türkiyə İraq kürd muxtariyyətində keçirilən müstəqillik haqqında referenduma görə müharibə etməyə hazırlaşmır, lakin öz milli təhlükəsizliyini təmin etmək üçün lazım gələn addımları atacaq.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, bunu bazar ertəsi günü Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.

Bu gün İraq Kürdüstanında müstəqillik haqqında referendum keçirilir. Bağdad və dünyanın bir çox dövlətləri qəti surətdə referendumun əleyhinə çıxırlar. Bu ərəfədə İran və Türkiyə İraq kürd muxtar rayonunun sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb. Bundan əlavə, İran hava məkanını muxtariyyətlə təyyarə uçuşlarına bağlayıb. Rəsmi Bağdad xarici dövlətlərdən tələb edir ki, Şimali İraq muxtar rayonu ilə bütün sərhəd keçidlərini Bağdadın nəzarətinə versinlər və bütün neft sövdələşmələrini yalnız onunla aparsınlar.

“Qoy vətəndaşlarımız narahat olmasın, biz müharibəyə başlamırıq, lakin milli təhlükəsizliyimizi qoruyacağıq”, - deyə Binəli Yıldırım jurnalistlərə bildirib.

Bir qədər əvvəl isə Türkiyə XİN Ankaranın İraq kürd muxtariyyətində keçirilən plebisitin nəticələrini tanımayacağı barədə bəyanat yayıb. Bəyanatda, həmçinin bildirilir ki, “referendumun keçirilməsi nəinki İraqda, həmçinin bütün regionda sülh və sabitliyi təhlükə altında qoyur”.

Türkiyə hökuməti “Habur” sərhəd-keçid məntəqəsində əlavə təhlükəsizlik tədbirləri görməkdədir. Gömrük və ticarət naziri Bülent Tüfenkçi Anadolu agentliyinə açıqlamasında bildirib ki, İraqdan gələnlərin sərhəddən keçidinə nəzarət gücləndirilib.

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru