Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Sentyabr

2017
12:21
1326
Anar `yıxılanı vurmazlar` qaydasını pozub - MÖVQE

Şəhriyar Səmədov


Rusiyalı dünya çempionunu küçə davasında öldürən azərbaycanlının əməlinə, “Rusu mələtdi”, “Zor elədi”, “Sizin hamınızı belə hala salacağıq” yazanlar şəxsiyyətlərini tapmayan adamlardır. Eləcə də Rusiyanın sosial şəbəkələrində bizim xalqı aşağılayan rus və digər xalqların nümayəndələri də. 

Anara nə yazılan qanunlarla bəraət düşür, nə də biz azərbaycanlıların yazılmayan qanunları ilə

Cinayətin, xuliqanlığın, içki içib cəhalətlə məşğul olanların milliyəti olmur. Anarla Draçevin məsələsi hansısa etnik, dini, ideoloji məsələ deyil. Bir başa xuliqanlıqdır. 

İki kişinin, xüsusən gənc adamların, öz aralarında münasibət həll etməsinə təbii baxmaq lazımdır. Kişi dalaşar da, döyər də, döyülər də. Küçə davası kişi xarakternin möhkəmlənməsi üçün əvəzsizdir. 

Belə davalar zamanı biz azərbaycanlıların yazılmayan qızıl qaydası var. Davanın axırında döyülüb yerə yıxılan şəxs özünü müdafiə etmək qabilliyətini itiribsə, yerə yıxılanı vurmaq olmaz! Bu, artıq kişiliyə yaraşmır. 

Anarla dünya çempionu Draçevin davasının tam videosu yayılıb. Videoya təkrar-təkrar baxdım. Anar sıradan küçə uşağı deyil. Qaydasız və əlbəyaxa döyüş növləri üzrə peşəkar idmançıdır. Görüntülərdən də çox aydın görünür ki, Anar zərbələrini Draçevin baş nahiyyəsinə endirir. İnsan həyatı üçün ən təhlükəli yerə. Rus idmançı ümumiyyətlə ona müqavimət göstərmək gücündə deyil. Dava zamanı “stoyka” saxlamır, tez yorulur. Həm də nəzərə almaq lazımdır ki, pauerlifting idman növü daha çox bədən gözəlliyini nümayiş etdirmək üçün nəzərdə tutulub, şəxsi münasibətlərin həlli zamanı onun heç bir efektivliyi yoxdur. 

Qayıdaq davanın gedişatına. Anarın endirdiyi son həlledici təpikdən sonra rus huşsuz vəziyyətdə yerə yıxılır. Anar isə dayanmır. Yerdə, huşsuz və tərpənməz halda uzanan rusun başına 4 güclü yumuruq endirir. Anar yuxarıda qeyd etdiyimiz "yıxılanı vurmazlar" qaydasını pozub. Hələ heç peşəkar idmançıya yaraşmayan rəftarını demirəm. Nə isə, əməlinə görə onu 20 il, yaxud ömürlük həbs cəzası gözləyir. Anara nə yazılan qanunlarla bəraət düşür, nə də biz azərbaycanlıların yazılmayan qanunları ilə.

P.S Anarın böyük qardaşı da məhbus həyatı yaşayır.

Məqalədə : Anar Allahverənov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru