Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

23 Sentyabr

2017
10:20
1686
İlqar Məmmədov azadlığa çıxıb?

Bir neçə saat əvvəl eyni vaxtda bir neçə mənbədən “REAL” hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad olunması haqda xəbər yayılıb.

FaktXəbər-in məlumatına görə, bu barədə Virtualaz.org-un redaksiyasına hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfərova və Dilarə Əliyeva məlumat veriblər.

Ancaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil və İlqar Məmmədov 2 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdə davam edir.

Qeyd edək ki, İ.Məmmədovun azad olunması haqda xəbər verən hüquq müdafiəçilərinin məlumatına görə, Avropa Şurasının baş katibi Turbern Yaqland Azərbaycanın Avropa Şurasından çıxarılması prosesinə başlamaq niyyətindədir və məhbusun azad olunmasını tələb edir.

Xatırladaq ki, Ağır Cinayətlər üzrə Şəki Məhkəməsi 17 mart 2013-cü ildə İsmayıllıdakı məlum qarışıqlıqların təşkilinə və orada iştirakına görə 18 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib. “REAL” hərəkatının lideri İlqar Məmmədov 7 il həbs cəzası alıb.

Beynəlxalq təşkilatlar, həmçinin ABŞ hökuməti və Avropa Birliyi İ.Məmmədovun azad olmasında təkid edirlər. Müvafiq qərar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul edilib.

Məqalədə : İlqar Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 18:04

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru