Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Sentyabr

2017
14:09
879
Milli Məclisdə çıxış edən erməni deputat: `Anam bakılıdır, şəhəri bir az tanıyıram`

“Sonuncu dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. Mənim 13 yaşım var idi. Bu, Dağlıq Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəl idi. Mənim anam bakılıdır, şəhəri bir az tanıyıram. Burada evim var idi. Sevinirəm ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər”.

Bunu Milli Məclisdə, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” mövzusunda keçirilən konfrans çərçivəsində Bakıda səfərdə olan Ermənistanın bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

O bildirib ki, belə bir məsələ parlament və ya siyasi gündəlikdə olmazsa, Azərbaycan gəlmək üçün başqa şans yoxdur: “Eyni zamanda, azərbaycanlılara Ermənistana gəlmək üçün başqa şans tapmaq çətin məsələdir”.

Məqalədə : erməni deputat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru