Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Sentyabr

2017
10:38
858
Almaniya XİN: İranla nüvə sazişi reallaşmalıdır
Ziqmar dünya arenasında "milli eqoizmi" sərt tənqid edib

AFR XİN rəhbəri beynəlxalq  institutların və müqavilələrin  müdafiəsinə qalxaraq, dünya arenasında eqoizmi sərt şəkildə tənqid edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Associated Press xəbər yayıb.

BMT Baş Assambleyasının iclasında çıxışı zamanı  AFR XİN rəhbəri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini dayandırmaq barədə təhdidlərini sərt şəkildə tənqid edib. Şimali Koreya ilə cari münaqişəni nəzərə çatdıran Almaniya XİN rəhbəri daha sonra deyib: "Əvvəllər bağlanan  müqavilələrin sonra pozula biləcəyni görən hansı ölkə nüvə  proqramından imtina edər?.."

Onun sözlərinə görə, çoxtərəfli sazişin müdafiəsi qlobal təhlüksizlik üçün ən yaxşı yoldur.

""İlk növbədə mənim ölkəm" devizi  ölkələr arasında münaqişələrin  artmasına və rifahın azalmasına gətirəcək. Sonunda hər kəs uduzacaq… Bizə daha çox beynəlxalq əməkdaşlıq  və az milli eqoizm lazımdır, bunun əksi yox", - deyə o, vurğulayıb.

"Biz İranla razılaşmanı nə indi, nə də gələcəkdə təhlükə altına qoymamaq və dayandırmamaqda tam maraqlıyıq", - deyə nazir bildirib.

Qabrielin sözlərinə görə, son iki il göstərdi ki, razılaşma işləyir və regionda təhlükəli nüvə yayılmasının qarşısını alıb, belə ki, iranlılar daxil olmaqla hər kəs müqavilənin  şərtlərinə riayət edir.

Məqalədə : İran nüvə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 20:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru