Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2017
17:19
1867
Avtobusu təhlükəli idarə edən sürücü işdən qovuldu

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunu təhlükəli idarə edən sürücü barədə tədbir görüb.

Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, sentyabrın 20-də 66 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.

Sözügedən görüntülərdə sürücünün avtobusu idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlaması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.

Agentlik bildirir ki, ictimai qınaq olaraq sərnişinlər də bu kimi məsələlərə biganə qalmamalıdırlar. Onların təhlükəsizlik qaydalarına, müəyyən olunmuş təlimatlara əməl etmələrinin vacib olduğu əsas məqamlardan biridir.

Məqalədə : avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
47

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
598

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
433

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
450

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
495

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
524

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
498

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1098
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru