Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
16:58
720
`Qəbələ` nigeriyalı hücumçu transfer edib

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. FaktXəbər "Qəbələ" klubunun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosunla güclənib.

Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2014/15 mövsümündə icarə əsasında “Qəbələ”də çıxış etmiş Ekiqo Ehiosun “qırmızı-qara” formada 32 oyuna 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matça çıxıb.

Azərbaycana ilk gəlişinədək vətənində “Varri Volves” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo 2 il öncə Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qaziantep BB” (2016) komandalarında çıxış edib.

Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyun keçirib və 1 qol vurub.

Məqalədə : Qəbələ klubu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru