Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2017
16:12
960
Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edilib

Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısında dəyişiklik edilib. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında" fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb. 

Ləğv edilən Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri olmuş Elşən Hacızadə, Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri olmuş Elman Gərayzadə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısından çıxarılıb, onlar müvafiq olaraq Nazirlər Kabineti Aparatının kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin edilmiş Şahin Salahov və  Nazirlər Kabineti Aparatının təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri təyin edilmiş Qulu İmanquliyevlə əvəzlənib.    

Məqalədə : Nazirlər kabineti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru