Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Sentyabr

2017
15:55
2763
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində (MLK) olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb.

İdarədən verilən məlumata görə, M. Vəliyeva MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Məlumatda o da bildirilir ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.

Qeyd edək ki, Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri bir neçə gündür, aksiya keçirir. Valideynlər kompleksin direktoru Qafar Hüseynovun işdən çıxarılmasına etiraz edir, onun yenidən vəzifəyə qaytarılmasını istəyirlər. Onlar əks halda övladlarını məktəbə buraxmayacaqlarını bildiriblər. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə APA-ya bildirilib ki, Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor səhhəti ilə bağlı bülletendədir.

Məqalədə : Təhsil İdarəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2018 03:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com