Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2017
21:46
“Polis haqqında” qanunda dəyişiklik edilir

Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə  Milli Məclisə göndərilən “Polis haqqında” qanuna dəyişiklik edilir.

Milli Məclisdən verilən məlumata görə, qanuna ediləcək dəyişikliyə görə, 28-ci maddənin IV hissəsindən, 33-cü maddənin I hissəsinin 3-cü bəndindən və 34-cü maddənin I hissəsinin 9-cu bəndindən “ləyaqətsiz” sözü çıxarılacaq.

Mövcud qanunvericiliyə əsasən, 28-ci maddənin IV hissəsində (Polis əməkdaşının xidmətə qəbul edilməsi) göstərilib ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.

33-cü maddənin I hissəsinin 3-cü bəndində (Polis əməkdaşının məsuliyyəti)  qeyd edilib ki, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

34.-cü maddənin I hissəsinin 9-cu bəndində (Polis əməkdaşının xidmətdən xaric edilməsi) göstərilib ki, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Vəfat edən, həlak olan və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilən polis әmәkdaşları daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar.

Məqalədə : polis qanun 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48423

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46472

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48121

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47701

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53259

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47336

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47710
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 07:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru