Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Sentyabr

2017
14:49
2322
Azərbaycan Səfirliyi İŞİD-çi qadınların ölkəyə qaytarılması üçün danışıqlar aparır
İŞİD terrorçusu olan azərbaycanlı qadın və kişilər beynəlxalq hesabatda

Hazırda İraq hökumətinin əlində İŞİD terrorçuları ilə birgə təslim olan 1400 qadın və uşaq var. 

FaktXəbər-in məlumatına görə, bu barədə Human Rayts Votç (Human Right Watch) açıqlama yayıb. Açıqlamada bildirilir ki, hazırda təslim olan 1400 qadın və uşaq, o cümlədən 200-ə yaxın kişi Mosul yaxınlığında yerləşən Tal-Kayfda nəzarət altında saxlanılırlar.

"Yüzlərlə uşaq şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadan atılmış vəziyyətdədir və onları hər hansı bir ölkə qəbul etmək istəmir", - deyə HRW-nin uşaq hüquqları araşdırmaçısı Bill Van Esveld bildirib: "İraq və xarici ölkələr icazə verməməlidir ki, bu uşaqlar vətəndaşlıqsız qalsınlar və ya anaları ilə birgə həbs həyatı yaşasınlar."

HRW 10-11 sentyabr tarixlərində İraq ordusunun nəzarətində olan və Hammam əl-Alildə yerləşən 17 böyük çadırda olub. Onlar 27 qadınla tək-tək və ailə qrupu halında söhbət ediblər. Söhbətlər aparılan ailə qrupları arasında 12 yaşdan böyük oğlan uşağı olmayıb. 2 qadın hamilədir, çoxlu sayda isə 3 yaşdan kiçik uşaqlar var.

HRW nümayəndələri bildirirlər ki, düşərgədə olan qadınlar Əfqanıstan, Azərbaycan, Çin, Çeçenistan, İran, Rusiya, Suriya, Tacikistan, Trinidad və Türkiyə vətəndaşlarıdır. "Reuters" isə əlavə edir ki, qadınlar arasında Cəzayir, Fransa və Almaniya vətəndaşları da var. Bəzi qadınların şəxsiyyətlərini təsdiq edən sənədlər olsa da, əksəriyyətinin yoxdur. Onlar bildirirlər ki, öz vətənlərindən Türkiyəyə, oradan isə Suriyaya gəliblər. Daha sonra isə İraqa keçiblər. Uşaqların böyük əksəriyyəti, xüsusi ilə azyaşlılar İraqda doğulub və onların şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur.

HRW-nin söhbət apardıqları qadınlar bildiriblər ki, İraq qüvvələri İŞİD üzvü olan kişiləri ayrıca saxlayırdılar: "Biz də həmin vaxt məktəbdə saxlanılırdıq. Orada bizim gördüyümüz 20, 43, 73 və 45 yaşlarında olan 4 türkiyəli, 40 yaşlı azərbaycanlı və 53 yaşlı trinidadlı idilər. Daha sonra onları başqa yer apardılar. Hara apardıqlarını bilmədik. Bundan əlavə, 4-ü suriyalı, 4-ü isə azərbaycanlı olan 8 qadın da düşərgədən çıxararaq naməlum istiqamətə aparıldılar."

İraqın baş naziri Heydər əl-Abadi 16 sentyabrda açıqlamasında bildirib ki, düşərgələrdə saxlanan qadınlar və uşaqların çoxunun heç bir günahı yoxdur və onların öz vətənlərinə göndərilmələri üçün hökumətlərlə danışıqlar aparılır. HRW-nin açıqlamasında bildirilir ki, Azərbaycanın İraqdakı səfirliyi öz vətəndaşları olan qadın və uşaqların geri qaytarılması üçün danışıqlar aparır.

HRW 18 sentyabr tarixinə kimi hər hansı bir təhvil-təslimin olmadığını açıqlayıb.

Beynəlxalq hüquq təşkilatının açıqlamasında bildirilir ki, xarici ölkə vətəndaşı qadınların əksəriyyəti İraqa qeyri-qanuni giriş edib və İŞİD üzləridir. 

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru